Bugun.tv xəbər verir ki, Kanadanın Alberta əyalətində ötən həftə başlayan və yayılan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.
Alberta əyalətinin baş naziri Danielle Smith keçirdiyi mətbuat konfransında əyalətdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayaraq, nəzarətdən çıxan meşə yanğınlarının daha çox insanı evlərini tərk etməyə məcbur etdiyini bildirib.
Baş nazir Smith Albertadakı meşə yanğınını “görünməmiş böhran” kimi qiymətləndirıb.
“Mən hər kəsi əmin etmək istəyirəm ki, dövlətimiz bu problemin öhdəsindən gəlmək üçün düzgün alətlərə, düzgün texnologiyaya, düzgün resurslara malikdir və onlar lazım olan dəstəyi alacaqlar”, – Smith bildirib.
Danielle Smith, indiyədək təxminən 122 min hektara yaxın meşənin yandığını və federal hökumətin lazım gələrsə kömək etməyə hazır olduğunu bildirib.
Albertanın şimalında və mərkəzində aktiv meşə yanğınlarının sayının 110-a yüksəldiyini qeyd edən Smith, təxminən 25.000 insanın evlərini tərk etmək məcburiyyətində qaldığını və indiyə qədər 5.200 adamın təxliyə edildiyini bildirib.
İsti və quru hava şəraitinin meşə yanğınlarının sürətlə yayılmasına səbəb olduğunu izah edən Yanğınla Mübarizə Mərkəzinin sözçüsü Kristi Taker media brifinqində deyib: “Yüksək təhlükə dövründəyik. Son beş illə müqaisədə bu il sahə yanğınları daha böyük oldu”.
Taker izah etdi ki, 300-ə yaxın yanğınsöndürən, ətraf şəhərlərdən və digər əyalətlərdən gələn qruplarla birlikdə yanğınlara cavab verib, təxliyə edilənlər isə idman zallarında, yarmarkalarda və icma mərkəzlərində yerləşdirilib.
Təxliyyə olunanlar pulsuz müvəqqəti yaşayış yeri ilə təmin olunur, qida xidməti, geyim, sağlamlıq xidməti və onların heyvanlarına qulluq göstərilir.
Bu arada, Alberta Ştat Səhiyyə Departamenti yanğın bölgələrinə yaxın olduğu üçün Edson Sağlamlıq Mərkəzi müvəqqəti bağlanıb. Mərkəzdə qalan 90 xəstə başqa xəstəxanalara köçürülüb.
Mənbə: TRThaber