Dünya

Fransa Azərbaycan arasında yeni siyasi mərhələ..

“Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti E. Makaronla nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib. İkinci Qarabağ müharibəsindən sonra, Fransa prezidenti ilə belə bir görüş baş tutmamışdı. İki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi” – bu haqda məlumatı sosial media hesabında politoloq Məhəmməd Əsədullazadə şərh edib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətnin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu. Çünki, Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırırdı. N. Paşinyan Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələrin olacağından ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi.

Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E. Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir.

Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı süni intellekt qaydalarının tətbiqinə başlayır

Aynur Camal

Hamaneyin ölümü Avropadakı müxalif iranlıları küçələrə çıxardı

Aynur Camal

STK-da “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu