7 C
Baku
19 Fevral 2026, 2:32
Baş xəbərDünya

Fransa Çaddakı son hərbi bazasını orduya təhvil verib

Fransa son hərbi bazasını Çad ordusuna verib və ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb. Çad Baş Qərargahından verilən açıqlamada Çadın paytaxtı Encemine bölgəsində yerləşən Adji Kossei bazasına nəzarətin fransız əsgərlərindən alındığı bildirilib.

Bəyanatda, “Adji Kossei Bazasının ələ keçirilməsi Fransa qüvvələrinin Çaddakı mövcudluğunun tam sona çatmasını təmin etdi. Bu təhvil yüksək səviyyəli rəsmilərin iradəsi, xüsusilə prezident Məhəmməd İdris Debi İtnonun tələblərinə uyğun olaraq həyata keçirildi” ifadələrdən istifadə olunurdu.

Çad hökuməti müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi ilə 28 noyabr 2024-cü ildə Fransa ilə imzalanan müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Daha sonra Fransa döyüş təyyarələrinin və hərbi birləşmələrinin ölkəni tərk etməyə başladığı bildirilib.

Fransız əsgərlərinin yerləşdiyi Faya Hərbi Bazası 26 dekabr 2024-cü ildə Çad ordusuna, 12 yanvarda isə Abeche Hərbi Bazasına təhvil verilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Reuters: Keçmiş Qarabağ rəsmisi Ruben Vardanyan 20 il həbsə məhkum edilib

Aynur Camal

Alimlər Antarktidanın maqmatik tarixini xəritələşdirmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu