15 C
Baku
12 Oktyabr 2025, 3:47
DünyaSiyasət

“Fransa dağıtdığı körpüləri yenidən qurmaq üçün səy göstərir”

“Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməsindən sonra regionda yaranan yeni reallıqları Fransa heç cür qəbul edə bilmirdi. Azərbaycana qarşı açıq hücuma keçərək, regionda yenidən gərginlik yaratmaq üçün hərbi dəstək nümayiş etdirir, Ermənistanı açıq şəkildə silahlandırmaqdan çəkinmirdi. Ancaq bütün təhdidlərə baxmayaraq, rəsmi Bakı Paris qarşısında öz qırmızı xəttini çəkdi və sonuna qədər dirəniş göstərə bildi. Bu dirəniş davam etdiyi müddət ərzində Ermənistan-la münasibətlər finiş xəttinə doğru irəlilədi” deyə siyasi ekspert Aqil Məmmədov sosial media hesabında açıqlamasını paylaşıb.

O cümlədən siyasi ekspert qeyd edib ki, indi regionda yaranmış yeni reallıqlar istəməsələr belə hər kəs tərəfindən qəbul edilir. Yəni sevə-sevə qəbul edə bilmədikləri reallığı onlara başqa formada qəbul etdirməyə nail olduq.

Son görüşdən də aydın olur ki, Kopenhagendə rəsmi Paris Bakı ilə arasındakı, özünün dağıtdığı körpüləri yenidən qurmaq üçün səy göstərir. Kopenhagenin yaratdığı platformada Azərbaycan Prezidentinin qəbuluna geniş heyətlə gəlib, münasibətlərin düzəldilməsinin yollarını axtarırlar.

Görüş fotolarına baxdıqda görünür ki, Azərbaycan nümayəndə heyəti masanın sağ tərəfində, Fransa heyəti isə sol tərəfində əyləşib. Protokol qaydalarına əsasən, ev sahibi statusunda çıxış edən və yaxud qəbul edən tərəf həmişə sağ tərəfdə, qəbula gələn tərəf isə sol tərəfdə əyləşir. Digər fotolara baxdıqda isə aydın olur ki, Makron və heyəti görüş keçirilən zala ilk öncə daxil olub və burada Azərbaycan Prezidenti İlham Əliyevi gözləyirlər.

Fransanın Azərbaycana yeni səfir təyin etdiyini də nəzərə alsaq, demək olar ki, yaxın zamanlarda Paris münasibətləri normallaşdırmaq üçün Bakıya yüksək səviyyəli heyət göndərərək qırılmış körpülərin inşasına başlamaq istiqamətində real addımlar atacaq.

Aynur Camal

Oxşar xəbərlər

Macarıstanın xarici işlər naziri NATO ölkələrinə xəbərdalıq etdi

Nigar Məmmədova

İngiltərə Bankı HSBC-ni 57,4 milyon funt sterlinq cərimələdi

İntizar Əmirova

Saqqızı birbaşa ağzınıza atan robot-VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu