Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa Qrenlandiyanın satılmadığını xatırladıb. “Antarktida və açıq dənizlər də satılmır”, – Makron bildirib.
Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) Okean Konfransının açılışında çıxış edib. Okeanların üzləşdiyi təhlükələrin və iqlim dəyişikliyi böhranının ideoloji və ya nisbi məsələ deyil, elmi əsaslı faktlar olduğunu vurğulayan Makron, Şimal Buzlu və Atlantik Okeanları arasında yerləşən və Trampın ölkəsinə nəzarəti ələ keçirmək istədiyi Qrenlandiya adasına da toxunub.
Makron, “Qrenlandiya alınmaz, Antarktida və açıq dənizlər satılmaz” deyib.
İyunun 15-də Danimarkanın Qrenlandiya adasına səfəri gözlənilən Makronun Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsenlə də görüşəcəyi gözlənilir.
Yelisey Sarayının bəyanatına görə, 3 lider “iqlim dəyişikliyi, enerji keçidi, kritik mineralların tədarük təhlükəsizliyi, həmçinin Şimali Atlantika və Arktikada təhlükəsizlik” məsələlərini müzakirə edəcək.
Tramp seçildikdən və vəzifəyə gəldikdən sonra Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə bəyanatını dəfələrlə təkrar edərək, adaya sahiblik və nəzarətin olmasının “tamamilə zəruri” olduğunu iddia edib.
Mart ayında Konqresə müraciət edən Tramp, “Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün kritik əhəmiyyətə malikdir. Biz bunu təmin etmək üçün bütün iştirakçı tərəflərlə işləyirik. Bu və ya digər şəkildə buna nail olacağıq” deyib. ABŞ prezidenti iddia edib ki, Amerikanın Qrenlandiyaya sahib olması “azad dünyanı müdafiə etmək” üçün zəruridir.
Trampın sözləri bir çox qrupların, xüsusən də Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olub.
Qrenlandiyanın o zamankı baş naziri Lal Bourup Egede, “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik” demişdi.
Danimarka Krallığının damı altında Farer adaları olan iki muxtar bölgədən biri olan Qrenlandiya, bağlı olduğu Danimarkadan 3000 kilometr uzaqlıqda yerləşir.
Mənbə: TgrtHaber