25 C
Baku
10 Sentyabr 2025, 22:17
DünyaSiyasət

Fransa prezidenti Çinə səfər edib

Bugun.tv xəbər verir k, Fransa prezidenti Emmanuel Makron Çinə səfər edib. O, Pekinin Şoudu hava limanına enib.

Çinin CCTV kanalı Fransa liderini daşıyan təyyarənin gəlişinin görüntülərini yayıb.

Üç günlük səfəri zamanı Makron Çin lideri Si Cinpinq, Çin Dövlət Şurasının Baş naziri Li Qiang və Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Zhao Leji ilə görüşəcək.

O, Pekindən başqa Çinin cənubundakı Quanqdonq əyalətinin ən böyük şəhəri olan Quançjouya da gedəcək.

Bu, Fransa liderinin son üç il yarım ərzində Çinə ilk gəlişidir. Makron sonuncu dəfə 2019-cu ilin oktyabrında ilk prezidentliyi zamanı səfər edib.

Bildirilir ki, o, Fransa ilə Çin arasında iqtisadi sahədə münasibətləri, həmçinin  Ukrayna münaqişəsini müzakirə edəcək.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Çindən Qəzza mesajı: Mülki əhali və mülki obyektlər heç vaxt hədəf olmamalıdır

Aynur Camal

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 51 minə yaxındır

Nigar Məmmədova

Tarixin yanlış tərəfində olan bir firon…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu