10.2 C
Baku
14 Mart 2025, 7:50
Baş xəbərDünya

Fransa prezidenti Makrondan Ukrayna qiymətləndirməsi

Ukraynanın təslim olması mənasına gələn atəşkəs istəmədiklərini ifadə edən Fransa prezidenti Makron Trampa müraciət edərək, “Putin qarşısında zəif ola bilməzsən. Bu sən deyilsən, bu sənin toxuman deyil” deyib.

İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm addımlar atan ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Putin arasında telefon danışığı da müsbət olub.

Üzbəüz görüşün tarixi hələ müəyyən edilməsə də, iki ölkə arasında təmaslar mülayim şəraitdə davam edir.

Lakin Trampın Ukrayna prezidenti Zelenski ilə bağlı son açıqlamaları və münasibəti Avropa ölkələrini narahat edir. Fransa prezidenti Emmanuel Makron bu gün sosial media hesabından canlı yayım edərək məsələ ilə bağlı açıqlama verib.

Rusiyanın “Avropada seçkiləri manipulyasiya etməklə, Şimali Koreya əsgərlərini sahəyə yerləşdirməklə, kiberhücumlar həyata keçirməklə və İranla əməkdaşlıq etməklə” artıq Ukraynadakı müharibəni “qloballaşdırdığını” iddia edən Makron Ukraynadakı sülh prosesinin Avropa üçün vacib olduğunu bir daha vurğulayıb.

 “BİZ SÜLH İSTƏYİRİK, lakin Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik”

“Biz sülh istəyirik, lakin Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik”. Makron açıqlamadan istifadə edərək, bu məsələdə Rusiyanın xeyrinə heç bir güzəştə getməməli olduğuna diqqət çəkib.

Rusiya ilə ABŞ arasında artan və Avropa dövlətlərinin masadan kənarda qalmaq istəmədiyi Ukrayna danışıqları ilə bağlı daha sərt danışıqlar aparılmalı olduğunu bildirən Makron, “ABŞ prezidenti Donald Trampa bunu deyəcəyəm: Putinə qarşı zəif ola bilməzsən. Bu, sən deyilsən, bu sənə aid xarakter deyil, bu sənin xeyrinə deyil. Əgər Putinə qarşı zəif olsan, bəs Çini necə inandıra bilərsən?” dedi.

“Heç kim deyə bilməz ki, Ukraynanın NATO-ya və ya Aİ-yə daxil olmaq hüququ yoxdur”

Digər tərəfdən, Ukraynada sülh şəraitinin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu və Rusiyanın başqa bir Avropa ölkəsinə hücumunun qarşısını almaq üçün çəkindirici təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu vurğulayan Makron, Ukraynanın Avropa İttifaqı (AB) və NATO-ya üzvlüyü məsələsinə də toxunub.

Makron “Hazırda düşmüş olduğumuz vəziyyətdə heç kimin Ukraynanın AB və NATO-ya üzv olmaq haqqı olmadığını söyləməyə haqqı yoxdur” deyib.

Makronun açıqlamaları ABŞ administrasiyasının Ukraynanın NATO-ya üzv olmaması, Ukraynada sülh danışıqları ilə bağlı diplomatik təmasların artdığı, mümkün atəşkəs olacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin Avropa dövlətlərinin gündəmində olduğu bir vaxta təsadüf edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

94 fərqli bölgədə meşə yanğınları! Onlarla bina külə döndü

Şükufə Ramizqızı

Rus helikopteri radardan itdi

Könül Kərimova

Kamaz ilə avtobus toqquşdu: 2 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu