7 C
Baku
21 Dekabr 2025, 11:31
Digər

Fransa qoşunlarının Nigerdən çıxarılması prosesi başa çatdı

Nigerdəki sonuncu fransalı hərbçilər dekabrın 22-də səhər saatlarında ölkəni tərk ediblər.

Bugun.tv xəbər verir ki, France-Presse agentliyi bu barədə Niger hərbçilərinə istinadla məlumat yayıb. Fransa qoşunlarının Nigeri tam tərk etməsi ilə bağlı mərasim Niamey aviabazasında baş tutub.

Niger ordusunun baş qərargah rəisi polkovnik Maman Sani Kiau və Fransanın Saheldəki qüvvələrinin komandanı general Erik Ozann birgə sənəd imzalayıb və aviabaza Niger ordusunun istifadəsinə verilib. İmzalanma prosesində Toqonun baş qərargah rəisi və ABŞ-ın hərbi attaşesi də iştirak edib. Qoşunların çıxarılması zamanı ciddi insident qeydə alınmayıb.

Bugün TV

Oxşar xəbərlər

Su qıtlığı – dünyanı gözləyən böyük təhlükə-ARAŞDIRMA

Bugün TV

Ağ xalatlı xilaskarlar…

Elnarə Dərziyeva

Cərrahın səhvi ucbatından 12 il əziyyət çəkən qadın xəstəxananı məhkəməyə verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu