33 C
Baku
20 İyul 2025, 19:46
Baş xəbərSiyasət

Fransa siyasətində zəlzələ: 3 deputat azad edildi

Bildirilib ki, Fransada deputat mandatları ləğv edilən siyasətçilər Jan Laussuk, Stefan Vojetta və Bricit Bareges bir il müddətinə siyasətdən uzaqlaşdırılıb. Fransada Konstitusiya Şurası “Respublika Uğrunda Hüquqlar İttifaqı” qrupunun Bareges və “Respublika Naminə Birlikdə” qrupunun Laussucq və Vojetta tərəfindən həyata keçirilən kampaniyaların maliyyələşdirilməsində qanun pozuntuları ilə bağlı qərarını açıqlayıb.

Şuradan verilən açıqlamaya görə, ötən il keçirilən ümumi seçkilərdə seçilən üç siyasətçinin deputat mandatları əlindən alınıb və onlara bir il siyasətlə məşğul olmaq qadağan edilib.

Dərhal qüvvəyə minən qərar nəticəsində bu siyasətçilərin təmsil olunduğu üç rayonda yeni seçkilər keçiriləcək.

Laussucq-un seçki kampaniyası xərclərini şəxsi bank hesabı ilə ödədiyi və bu xərclərin böyük bir hissəsinin üçüncü şəxslər tərəfindən maliyyələşdirildiyi müəyyən edilib.

Məlum olub ki, Bareges bələdiyyə sədri olduğu Montauban Bələdiyyəsinin iki əməkdaşına guya parlament seçkiləri zamanı onun kampaniyasında iştirak ediblərmiş kimi saxta hesab-fakturalar hazırlayıb. Vojettanın seçki kampaniyası zamanı, xüsusən də nəqliyyat hesablarında qanun pozuntuları olduğu aşkarlanıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Müdafiə Nazirliyinin məlumatı

Kəmalə Sultan

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

Sevinc Sadıqova

Böyük Britaniyanın Baş naziri Ukraynaya səfər edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu