Fransa prezidenti Emmanuel Makron İsrail və Livan sərhədindəki gərginliyi azaltmaq üçün Təl-Əviv və Vaşinqton administrasiyası ilə çalışacaqlarını bildirib.
Fransa ictimai yayımı Franceinfo-nun xəbərinə görə, Makron İtaliyanın ev sahibliyi etdiyi G7 Liderlər Zirvə toplantısında İsrail-Livan sərhədindəki gərginliklə bağlı mətbuata açıqlama verib.
Makron bəyan edib ki, ölkəsi İsrail-Livan sərhədindəki gərginliyə nəzarət etmək üçün Vaşinqton və Təl-Əviv administrasiyası ilə birgə yol xəritəsi üzərində işləyəcək.
“Biz hamımız, xüsusən də ABŞ ilə Livan sərhədindəki vəziyyətlə bağlı narahatlığımızı bölüşdük”, – Fransa prezidenti bildirib.
Livanın rəsmi agentliyi NNA və yerli medianın xəbərinə görə, İsrail ordusuna aid təyyarələr Livanın Sur şəhərinin şərqində Deyr Qanun-en Nehr ilə Cannata qəsəbəsi arasındakı 3 mərtəbəli evə hava hücumu həyata keçirib.
İlkin məlumata görə, İsrailin hədəf aldığı binanın uçması nəticəsində 1 qadın həyatını itirib, aralarında uşaqların da olduğu 10 mülki şəxs yaralanıb.
Hizbullah Hərəkatı isə Livanın cənubundan sərhəddəki İsrail hərbi hədəflərinə hücum edildiyini açıqlayıb.
Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)