14 C
Baku
19 Sentyabr 2024, 5:06
Baş xəbərDünya

Fransa Yeni Kaledoniyada komendant saatını uzadıb

Fransa hökuməti Yeni Kaledoniyanın Hind-Sakit okean koloniyasında seçkilərdə yerli əhalinin təsirini məhdudlaşdırmaq məqsədi daşıyan konstitusiya islahat təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarlarını sıxışdırmaq üçün güc tətbiq etməkdə davam edir. Fransız materikindən təxminən 17 min kilometr uzaqlıqda olan Yeni Kaledoniyada, Fransa hökumətinin yerli xalqla əvvəlki razılaşmaları pozan konstitusiya islahatını həyata keçirmə səyi davam edən insidentlərə səbəb olub.

Fransa hökuməti yerli xalqın seçkilərdə təsirini azaltmaq məqsədi daşıyan konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarlarını adaya göndərdiyi təxminən 3 min mühafizəçi ilə sıxışdırmağa çalışır. May ayından bəri davam edən əməliyyatlarda 11 nəfər həyatını itirərkən, adada komendant saatı 24 sentyabra qədər uzadılıb. Komendant saatı çərçivəsində 16-21 sentyabr tarixlərində saat 22.00-05.00, 21-24 sentyabr tarixlərində isə 18.00-06.00 saatları arasında əhalinin küçəyə çıxması qadağan edilib.

Bundan əlavə, 16-24 sentyabr tarixləri arasında adada silah gəzdirmək və təhvil vermək, spirtli içkilərin satışı və ictimai yerlərdə spirt istehlakı qadağan edilib. Bu tarixlərdə fermerlər və balıqçılar kimi müəyyən peşə qruplarından başqa vətəndaşlara da yanacaq və tez alışan materialları portativ konteynerlərdə almaq və ya daşımaq qadağan edilib. İdman və bazar fəaliyyəti istisna olmaqla, vətəndaşların paytaxt Noumea və onun ətrafında toplaşması da qadağandır. Paris administrasiyası daha əvvəl komendant saatını sentyabrın 16-dək uzadmışdı.

 Yeni Kaledoniya 24 sentyabr 1853-cü ildə Fransanın hakimiyyəti altına keçmişdi.

Yeni Kaledoniyanın yerli xalqı olan Kanaklar, Fransa hökumətinin təklif etdiyi konstitusiya islahatının 1988-ci ildə imzalanmış Noumea sazişinə zidd olduğunu iddia edirlər. Bu konstitusiya dəyişikliyi qanun layihəsi ən azı 10 ildir adada yaşayan fransızların yerli seçkilərdə səs verməsinin yolunu açmaq məqsədi daşıyır.

1998-ci ildə Noumea müqaviləsi ilə muxtariyyət qazanan Yeni Kaledoniyada yerli xalqın öz torpaqlarında azlıq halına gəlməsinin qarşısını almaq üçün razılaşma 1998-ci ildən əvvəl adada yaşayan insanların və onların uşaqlarının səsvermə hüququnu məhdudlaşdırdı.

2018, 2020 və 2021-ci illərdə adada keçirilən müstəqillik referendumlarında müstəqillik tərəfdarları “yox” cavabını alıblar. Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) 2021-ci il referendumunun COVID-19 pandemiyasının təsirindən uzaq bir tarixdə keçirilməsini tələb etdi və buna görə referendumu boykot etdi. Fransa prezidenti Emmanuel Makron mayın 23-də Yeni Kaledoniyada konstitusiya islahatı layihəsinə qarşı hərəkətə keçən müstəqillik tərəfdarları ilə görüşlər keçirib. Lakin bu təmaslardan sonra o, islahat qanun layihəsini geri götürməyəcəyini açıqlayıb. Bundan sonra Makron konstitusiya islahatını dayandırdı; Bu islahat Fransa Milli Assambleyasından keçsə də, hələ ki, Senatda səsə qoyulmayıb.

Yenilikləri ehtiva edən konstitusiya islahatının qüvvəyə minməsi üçün o, Fransa parlamentinin hər iki palatasının toplaşdığı Konqresdən razılıq almalıdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Misirin Əl-Bəhnas şəhərində ilk dəfə olaraq 20-dən çox mumiya aşkarlandı

İntizar Əmirova

Azyaşlı qızı vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanıldı 

Kəmalə Sultan

“İctimai proseslər media müstəvisində”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu