18 C
Baku
15 Oktyabr 2025, 10:23
Baş xəbərDünya

Fransa yenidən hökumətsiz qala və siyasi qeyri-sabitlik daha da dərinləşə bilər

Bugun.tv xəbər verir ki, Baş nazir Parisdə keçirdiyi mətbuat konfransında Prezident Emmanuel Makronun dəstəyi ilə sentyabrın 8-də hökumətin məsuliyyətini Milli Assambleyada ortaya qoyacağını bəyan edib. Bayrou bu addımı ilə həm parlamentariləri məsuliyyət qarşısında qoymaq, həm də ictimaiyyəti şahid tutmaq istəyir. “Əgər əksəriyyət varsa, hökumət davam edir. Yoxdursa, hökumət buraxılır”, – deyə o, səsvermənin ciddi nəticələrindən danışıb. Bayrou hökumətinin süqutu, keçmiş Baş nazir Mişel Barnye hökumətinin devrilməsindən cəmi doqquz ay sonra baş verə bilər. Əyilməz Fransa, ifrat sağçı Milli Birlik, Fransa Kommunist Partiyası kimi siyasi partiyalar, ekoloqlar hökuməti yıxmaq üçün səs verəcəklərini bildiriblər. “Xalqı əziyyətə salan bir hökumətə heç vaxt etimad göstərməyəcəyik”, – deyə ifrat sağçılar mövqelərini açıqlayıblar.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Naqif Həmzəyev: “Polislə vətəndaş arasında yaşanan bu insident mental dəyərlərimizə ziddir”

Nigar Məmmədova

Hamburq hava limanında girov böhranı: Bütün uçuşlar dayandırıldı

Aynur Əfəndi Zadə

Maldiv adaları israillilərin ölkəyə girişini qadağan edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu