18 C
Baku
14 Oktyabr 2025, 4:48
Hadisə

Fransada 9 məscidə vəhşi hücum!

Fransada 9 məscid dəhşətli hücuma məruz qalıb. Parisdə 9 məscidin qarşısında donuz başları qalıb. Səlahiyyətlilər, başların beşində Fransa prezidenti Emmanuel Makronun adının yazıldığını bildirsə də, hücumları kimin törətdiyini açıqlamayıb. Paris Prokurorluğu hadisələrlə bağlı araşdırmalara başlanıldığını bildirib.

Fransa Daxili İşlər Naziri Bruno Retailleau verdiyi açıqlamada, “Müsəlman vətəndaşlarımızın dinc şəkildə imanlarını həyata keçirə bilmələrini istəyirəm. “Biz tez-tez gecə saatlarında baş verən və xarici müdaxilə olduğu sübuta yetirilən əvvəlki hadisələrlə paralelləri görməməzlikdən gələ bilmərik” deyib.

Keçən may ayında Fransada sinaqoqlar və Holokost abidəsi yaşıl boya ilə dağıdılıb və üç serb hadisə ilə bağlı “xarici güc”lə əlaqədə ittiham olunaraq həbs edilib. Fransa 6 milyondan çox müsəlman əhalisi ilə Avropanın ən çox müsəlman əhalisinə sahib olması ilə tanınır.

Fransa İnsan Haqları Komissiyasının 2024-cü il hesabatına görə, Fransada irqçilik artmaqdadır. Daxili İşlər Nazirliyinin qeydlərinə görə, 2025-ci ilin yanvar-iyun ayları arasında 181 anti-İslam aktı törədilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81 faiz artım deməkdir.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Küçə itinin dişlədiyi memar quduzluqdan dünyasını dəyişdi

Nigar Məmmədova

Məktəbli ürəktutmadan vəfat etdi

Nigar Məmmədova

Tərk edilmiş binada yanğın oldu: Bitişik tikililərə də keçdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu