10 C
Baku
13 Dekabr 2024, 0:55
DünyaHadisə

Fransada davam edən etiraz aksiyaları Parisin məşhur küçələrini zibilliyə döndərdi

Fransada təqaüd yaşını iki il artıraraq 64-ə qaldıran qanun layihəsinə etirazlar davam edir. Bu qərara qarşı çıxan milyona yaxın insan ölkə boyu etiraz aksiyası keçirib. Həmkarlar ittifaqları gələn çərşənbə axşamı İngiltərə kralı III Çarlzın dövlət səfəri ilə eyni vaxtda yeni mitinqlərə çağırış ediblər. Paytaxt Parisdə polislə nümayişçilər arasında qarşıdurma yaşanarkən, Bordo meriyasının giriş qapısı nümayişçilər tərəfindən yandırılıb. Lakin paytaxt Parisdə nümayişlərin dağıdıldığı üzə çıxıb. Rəyasət Heyətindən verilən açıqlamada Kral Çarlzın martın 26-29-da Fransanın müxtəlif şəhərlərində keçirilməsi planlaşdırılan səfərinin ölkədə intensivləşən etirazlar səbəbindən təxirə salındığı bildirilib. Açıqlamada, Kral Çarlz və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığından sonra, hər iki ölkə tərəfindən bu qərara gəlindiyi bildirilib. Rəsmi proqram çərçivəsində kralın etirazların keçirildiyi Parisə səfəri gözlənilirdi. Bordo şəhər nümayişçiləri bələdiyyə binasının qapısını yandırdılar. Mart ayının əvvəlində Bukingem Sarayı Kral Çarlzın 26-31mart tarixlərində Fransa və Almaniyaya səfər edəcəyi açıqlamışdı. Kralın Fransaya səfəri çərçivəsində onun Yelisey Sarayı, Orsey Muzeyi, Versal Sarayı və Zəfər Tağında proqramlar keçirəcəyi, Almaniyaya səfəri çərçivəsində Berlin və Hamburqda təmaslar qurması və Almaniya Parlamentində çıxışı gözlənilirdi. Kralın səfərləri “taxta çıxdıqdan sonra xaricə edəcəyi ilk səfərdir”. İslahat əleyhinə nümayişlərdə saxlanılanların sayının 457-yə yüksəldiyi bildirilir. Fransanın CNEWS kanalının qonağı olan Darmanin dünən Fransada pensiya islahatına qarşı keçirilən 9-cu kütləvi nümayişlərlə bağlı açıqlamalar verib. Fransızlar yanvar ayından bu yana islahat əleyhinə kütləvi tətillər və aksiyalar təşkil edir. Nümayişlər zamanı bəzi jurnalistlərin və müşahidəçilərin polis tərəfindən döyülməsinin görüntüləri reaksiyalara səbəb olub. Hökumət isə parlamentdə kifayət qədər dəstək almadığı üçün islahat layihəsini səsverməyə təqdim etməyib. Martın 16-da qəbul edilən qərardan sonra Fransada etiraz aksiyaları başlayıb. Polisin sərt müdaxilə etdiyi aksiyalarda 900-ə yaxın nümayişçi saxlanılıb. Müxalifət partiyaları parlamentdə səsvermə olmadan qəbul edilən islahatın ləğvi üçün Konstitusiya Şurasına müraciət edib.

Mənbə: NTV haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiyadan Antalyaya turist axını 56% artıb

Nigar Məmmədova

Tanınmış aktrisa diktator roluna çəkildi

Kəmalə Sultan

İsrail Baş Qərargah rəisi Halevi tezliklə istefa verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu