Bugun.tv xəbər verir ki, bu vəziyyətin yaranmasının başlıca səbəbi onun 2024-cü ilin iyununda parlamenti buraxmasıdır. Bu gün Nazirlər Şurasını çağıran Makronun hansı tonla çıxış edəcəyi və necə cavab verəcəyi maraqla gözlənilir. O, qürurla, yoxsa təslimiyyətlə cavab verəcək? Gözlənilməz bir addım atacaq, yoxsa susaraq dayanacaq?
Mütəxəssislərin fikrincə Makronun qarşısında üç seçim var:
– İstefa vermək – bu, ən az ehtimal edilən ssenaridir. Makron heç zaman qapını çırpıb çıxan lider olmayıb. Amma küncə sıxışdırılmış, zəiflədilmiş və nifrət edilən prezident nə edə bilər? Solçular artıq onun vəzifədən kənarlaşdırılmasını tələb edirlər.
– Yeni Baş nazir təyin etmək – bu, hazırda ən real seçimdir. Əgər Bayru istefa verərsə, Makronun yeni bir simanı irəli sürə biləcəyi ehtimal olunur.
