10 C
Baku
16 Aprel 2025, 21:36
Baş xəbərDünya

Fransada etirazçıların sayı 1 milyonu ötüb

Bugun.tv xəbər verir ki, Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.

Təşkilatçıların məlumatına görə nümayişlərdə 3,5 milyon, Daxili İşlər Nazirliyinin məlumatına görə isə 1 milyon 89 min nəfər iştirak edib.

Qarşıdurma zamanı polisin müdaxiləsi nəticəsində bir nəfərin barmağının kəsildiyi iddia edilib.

Pensiya islahatının əleyhdarları Paris, Lill və Rouen kimi şəhərlərdə nümayişlər təşkil edirlər. “Twitter” hesabından verdiyi açıqlamada “Yalmaz Fransa”nın (LFI) millət vəkili Alma Dufour, indiyədək Rouendəki nümayişdə 7 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, yaralananlar arasında baş barmağı plastik qumbaradan kəsilmiş bir nümayişçi də var.

Etirazlara gözyaşardıcı qazla müdaxilə edən polisə nümayişçilər daş və şüşə butulka kimi əşyalarla cavab verib.

Artan polis zorakılığını dərhal dayandırmağa çağıran millət vəkili Dufour, “Kimsə ölməzdən əvvəl hökumət islahatları geri çəkilməlidir” ifadəsini işlədib.

Qeyd edək ki, baş nazir Elizabet Bornun Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.

Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.

Fransada pensiya islahatlarına qarşı etirazlar artıb

Fransa işçiləri ümumi tətil edir

Aynur Camal

Oxşar xəbərlər

Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı oldu

Aynur Camal

Kuba prezidenti köçkün düşərgəsinə hücumu “qətiyyətlə” pislədi

Aynur Camal

İsraildə ordu və kəşfiyyatı günahlandıran Netanyahuya sərt reaksiya: “O, qırmızı xətti keçdi”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu