Bugun.tv xəbər verir ki, bu çağırış, Baş nazir Fransua Bayrunun parlamentdən etimad səsverməsindən 10 gün sonraya və sentyabrın 10-da keçiriləcək “Hər şeyi bloklayaq” adlı müstəqil vətəndaş təşəbbüsündən səkkiz gün sonraya təsadüf edir. İttifaqlar bu ikinci aksiyaya birbaşa qoşulmasalar da, CGT 10 sentyabr aksiyasını ixtisarlara qarşı mübarizənin ilk mərhələsi kimi qiymətləndirərək, öz üzvlərini də iştiraka təşviq edir. “Büdcə layihəsində irəli sürülən tədbirlər misilsiz bir qəddarlıqla hazırlanıb. Bu layihə rədd edilməlidir. Əməkçiləri kütləvi şəkildə səfərbər olmağa çağırırıq ki, vəziyyəti dəyişdirə bilək və sosial irəliləyişlər əldə edək”, – deyə CFDT baş katibi Mariliz Leon həmkarlar ittifaqları adından təqdim etdiyi birgə bəyanatda bildirib. O əlavə edib ki, hökumət etimad səsverməsində uğursuz olsa belə, yeni büdcə sosial və fiskal ədalət prinsipləri üzərində qurulmalıdır.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
