17 C
Baku
16 Mart 2025, 12:38
Baş xəbərDünya

Fransada idman yarışlarında baş örtüyü qadağan edən qanun layihəsi qəbul edilib

Fransada parlamentin yuxarı palatasını təşkil edən Senatda idman yarışlarında hicabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib. Fransada senatorlar idman yarışlarında hicab kimi dini mənsubiyyət simvollarının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə ediblər.

Senatda keçirilən səsvermədə qanun layihəsi 81 “xeyr” səsinə qarşı 210 “hə” səsi ilə qəbul edilib. 38 senator səsvermədə bitərəf qalıb, 19 senator səsvermədə iştirak etməyib.

Sağ mərkəzçi Respublikaçılar (LR) partiyasından olan senator Mişel Savinin Senata təqdim etdiyi qanun layihəsi çərçivəsində ictimai idman obyektlərində kütləvi namaz qılınmasının qadağan edilməsi də nəzərdə tutulub.

Senatorlar arasında gərginlik

Senatda ictimai hovuzlarda hicablı çimərlik paltarları kimi dini mənsubiyyəti göstərən simvolları və geyimləri də qadağan edən qanun layihəsinin müzakirəsi zamanı solçu və sağ mərkəzçi senatorlar arasında gərginlik yaşanıb.

Solçu senatorlar ümumi assambleyada çoxluğu təşkil edən sağ mərkəzçi LR partiyası senatorlarını bu qanun layihəsi ilə “müsəlman qadınları ləkələməkdə” günahlandırıblar.

Senatda çıxış edən sosialist senator Sylvie Robert, LR partiyasından olan həmkarlarının Senatda müzakirə etmək üçün seçdiyi məsələlərin cəmiyyəti parçaladığına diqqət çəkərək, “Bu qanun layihəsinin siyasi məqsədi var ki, bu da dünyəviliyi alətə çevirərək bir dini (İslamı) ləkələməkdir” deyib.

Yaşıllar (EELV) partiyasından olan senator Yannick Jadot islamın sağ mərkəzçi senatorlar arasında “vəsvəsə” olduğunu müdafiə etdi.

Qanun layihəsi parlamentin aşağı palatasını təşkil edən Milli Assambleyada da müzakirəyə çıxarılacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rus helikopteri radardan itdi

Könül Kərimova

Sərnişin təyyarənin qanadında soyulan lenti görüb dəhşətə gəldi

İntizar Əmirova

Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu