11 C
Baku
3 Dekabr 2025, 18:33
Dünya

Fransada İsrailə silah satışını dayandırmaq üçün 34 mindən çox imza toplanıb

Fransız deputat Tomas Portesin İsrailə silah satışına reaksiyası artır! Onun kampaniyasına məqsədə çatmaq üçün son 700 imza lazımdır.

Fransanın Qəzzaya hücumlarını davam etdirən İsrailə silah satışını dayandırması üçün 14 fevralda Change.org saytında deputat Portes tərəfindən başladılan petisiya kampaniyası davam edir.

İndiyədək 34 min 327 imza toplayan kampaniyanın uğurlu keçməsi üçün 700-dən az imza lazımdır.

Portes fevral ayında keçirdiyi kampaniya ilə bağlı verdiyi açıqlamada, İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzaya etdiyi hücumlarda hər saat 9, hər gün 210 fələstinlini öldürdüyünü bildirib.

Fransanın “İsrailin törətdiyi soyqırım”a şərik olmaması lazım olduğunu bildirən Portes, hökumətin İsrailə silah satışını dayandırması üçün imza kampaniyası başlatdıqlarını açıqlayıb.

Fransa Müdafiə Nazirliyinin 2023-cü ilin iyul tarixli Parlament hesabatına görə, Fransa 2015-ci ildən bəri İsrail üçün 767 ixrac lisenziyası verib.

Bundan əlavə, Fransa hər il orta hesabla İsrailə 20 milyon avroluq hərbi texnika satır.

2013-2022-ci illər arasında Fransadan İsrailə göndərilən hərbi texnikanın dəyəri 207,6 milyon avroya çatıb.

Digər tərəfdən, Fransa 2014-2022-ci illər arasında İsrailə ümumi dəyəri 2,5 milyard avro olan ixrac lisenziyası verib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin əmr verdi, rus ordusu genişlənir!

Aynur Camal

NATO Ukraynaya xüsusi nümayəndə təyin edib

Aynur Camal

31 il əvvəl Xocalı soyqırımı və 6 fevral Kahramanmaraş zəlzələsində həyatını itirənlərin xatirəsinə Ankarada “Tale ilə çiyin-çiyinə”adlı tədbir keçirilib.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu