14 C
Baku
21 Noyabr 2024, 23:47
Dünya

Fransada keçirilən Olimpiya Oyunları zamanı 180 nəfər saxlanılıb

Fransanın daxili işlər naziri Gerald Darmanin iyulun 26-da başlayan Olimpiya Oyunları zamanı 180 nəfərin saxlanıldığını bildirib.

Nazir Darmanin Parisətrafı məhəllələrdən biri olan Sen-Deni şəhərindəki polis bölməsinə səfəri zamanı yerli mətbuata Olimpiya Oyunları zamanı Parisdə və onun ətrafında ictimai asayişlə bağlı açıqlamalar verib.

2024-cü ilin əvvəlindən paytaxt Paris və ətraflarında cinayət nisbətində ciddi azalma olduğunu bildirən Darmanin, yanvarın 1-dən bu yana bu bölgədə zorakı soyğunçuluq hadisələrinin 24 faiz, avtomobil oğurluğunun yüzdə 10 və ictimai nəqliyyatda şiddət nisbəti yüzdə 40.

Darmanin, Olimpiya Oyunları başlayandan hər gün zorakılıq hərəkətləri planlaşdırmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını bildirib və terror aktı planlaşdırıldığı barədə məlumat almadıqlarını vurğulayıb.

Darmanin beynəlxalq idman tədbiri başlayandan bəri polisin 200 nəfərə qarşı tədbir gördüyünü və onlardan 180-nin saxlanıldığını açıqlayıb.

Fransanın paytaxtı Parisdə Sena çayı üzərində iyulun 26-da açılış mərasimi ilə başlayan 33-cü Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün 35 min polis və jandarma, 18 min əsgər və minlərlə özəl təhlükəsizlik işçisi çalışır.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreya: “Şimali Koreya-Rusiya hərbi əməkdaşlığı qeyri-qanuni və ədalətsizdir”

Kəmalə Sultan

Yəhudi rejissor Venesiya Film Festivalında mükafat qazandı

Aynur Camal

Amerika Çindən gələn ucuz mallarla mübarizə aparmağa qərar verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu