9 C
Baku
9 Fevral 2026, 17:21
DünyaHadisə

Fransada pensiya islahatı etirazları: Deputatın qapısına divar hörüldü

Fransada etirazçılar İntibah partiyasının deputatı Violette Spilleboutun evinin qapısına divar hörüblər.

Bugun.tv xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Lill Bələdiyyə başçısı Martin Obri deputatın evinin girişinin bağlanmasına reaksiya verib. Polisin iştirakı ilə divar sökülüb, mane aradan qaldırılıb.Qeyd edək ki, Fransa hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi ölkədə etirazlara səbəb olub. Hazırda Fransanın bir çox yerində polis və vətəndaşlar arasında zorakılıqlar yaşanır. Martın 16-dan etibarən ölkə boyu təşkil edilən aksiyalarda 1000-dən çox adam saxlanılıb. Əvvəlki 9 kütləvi nümayişdə milyonlarla insan etiraz etmək üçün küçələrə çıxıb.

Bugün TV

Oxşar xəbərlər

Livanın şimalında bina çökdü, çox sayda ölənlər var

Aynur Camal

Minlərlə insan İsrail Prezidenti Hersoqun səfərinə etiraz edib

Aynur Camal

Hər gün sup içmək vacibdirmi? Qastroenteroloq açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu