30 C
Baku
28 İyun 2025, 14:09
DünyaHadisə

Fransada polis və etirazçılar arasında iğtişaşlar davam edir

Parisdə Fransa hökumətinin pensiya islahatı planına qarşı etirazlar davam edir. Bugun.tv xarici mediaya istinədən xəbər verir ki, aksiya zamanı 230-dan çox adam saxlanılıb.

Sakitliyi təmin etmək üçün 2000-dən çox  jandarm və polis cəlb edilib. Buna baxmayaraq, nümayişçilərlə asayiş keşikçiləri arasında iğtişaşlar və toqquşmaların qarşısını almaq mümkün olmayıb. İzdihamı dağıdarkən 11 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran və bir sıra xüsusi pensiya proqramlarını ləğv edən islahatlar planı yanvar ayında təqdim edilib. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb oldu. Martın 16-da Fransanın baş naziri Elizabet Born pensiya islahatı haqqında qanun layihəsinin parlamentin səsi olmadan və hökumətin səlahiyyəti altında qəbul edildiyini açıqladı. Həmkarlar ittifaqları və müxalifət partiyaları kabinetin bu addımını pisləyib və ölkə daxilində daha çox nümayişlərə çağırıblar.

Nigar Məmmədova

Oxşar xəbərlər

Oyuncağın oyun meydançasında aşması nəticəsində 5 uşaq xəsarət aldı

İntizar Əmirova

Prezident islamofobiyaya qarşı birgə mübarizəyə çağırır

Aynur Camal

Maşın dayanmış polis maşınına dəydi: 3 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu