29 C
Baku
7 Sentyabr 2025, 15:46
Baş xəbər

Fransada qaz və elektrik enerjisinə tətbiq olunan əlavə dəyər vergisi artırıldı

Avqustun 1-dən etibarən Fransada qaz və elektrik enerjisi abunəsinin sabit hissəsinə 20%-lik əlavə dəyər vergisi (ƏDV) tətbiq olunacaq. Bu qərar xüsusilə az enerji sərf edən istehlakçıların hesablarına ciddi təsir edəcək.

Bugun.tv xəbər verir ki, Fransada elektrik və qaz sərfiyyatı üçün 20%, abunəliyin sabit hissəsi üçün isə 5,5% əlavə dəyər vergisi tətbiq olunurdu. Avqustun 1-dən abunəliyin sabit hissəsi üçün də 20% ƏDV tətbiq olunacaq.

Bildirilir ki, Avropa qanunvericiliyinə uyğunlaşmaq məqsədilə 2025-ci il maliyyə qanununa edilən dəyişikliklə bu fərq aradan qaldırılır. Beləliklə, avqustun 1-dən etibarən enerji üzrə bütün xidmətlərə 5,5% deyil, 20% ƏDV tətbiq olunacaq.

Enerji təminatçısı “Engie”nin verdiyi məlumata görə, sabit abunə haqqı 100 avro olan bir müştəri, əvvəllər 105,5 avro (ƏDV ilə) ödəyirdisə, yeni tətbiq olunan tariflə bu məbləğ 120 avroya qalxacaq. Bu, sabit hissə üçün 14,5% artım deməkdir. Qeyd edək ki, cari ilin fevralında elektrik enerjisinin qiyməti 7,7% artırılıb.

2026-cı ildə vergilər yenidən artırılacağı ilə bağlı xəbərdarlıq edilib.

Mənbə: AZƏRTAC
İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul edib

Nigar Məmmədova

Yasamalda dönərxanada yanğın olub

Nigar Məmmədova

Masallı rayonunda oğurluq hadisəsi baş verdi 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu