Dünya

Fransada siyasi böhran! Baş nazir Lekornu istefa verdi…

Müxalifət Makronu istefaya çağırır

Fransanın baş naziri təyin edilən Sebastien Lecornu yeni hökumətin qurulmasından bir neçə saat sonra istefa verib. Fransa prezidenti Emmanuel Makron istefa məktubunu təsdiqlədikdən sonra Lekornu tarix yazıb. Lecornu istefasından sonra, “Vəzifələrimi yerinə yetirmək üçün lazım olan şərtlər artıq mövcud deyildi” deyib.

Fransa müxalifəti prezident Makronu istefaya çağırıb.

Fransada hökumət böhranı davam edir. Sentyabrın 9-da Fransanın baş naziri təyin edilən Sebastien Lecornu istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib.

Yelisey Sarayından verilən açıqlamada baş nazir Sebastien Lecornunun istefa məktubunu Makrona təqdim etdiyi və Makronun da bunu qəbul etdiyi bildirilib.

France 24-ün məlumatına görə, Lecornu yeni hökumətin kabinet üzvlərini elan etdikdən sonra həm sol, həm də sağ müxalifətin tənqidi ilə üzləşib.

Fransa Sebastien Lecornunun istefası ilə yeni siyasi dönüş nöqtəsinə çatıb. Lekornu Beşinci Fransa Respublikasının ən qısa müddətli baş naziri oldu.

Fransa baş nazirlərinin rəsmi iqamətgahı olan Matinyonda cəmi 27 gün qalan Lekornu 26 gün hökumət qura bilməyib, Fransanın hökumətsiz ən uzun ömür sürən baş naziri olub.

Lecornunun kabineti onun təyinatından təxminən 14 saat sonra dağıldı və onu Fransa siyasətində “ən qısa ömürlü hökumət” etdi. Lekornu eyni zamanda heç bir izahat vermədən vəzifəsini tərk edən ilk Fransa baş naziri oldu.

Paris Birjası Lecornunun istefa verdiyini elan etdikdən sonra dəqiqələrdə 1,7 faiz ucuzlaşıb.

Lekornunun istefası bazarları silkələdi və prezident Makrona Milli Assambleyanı buraxmağa çağırıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu