16 C
Baku
31 Mart 2026, 14:26
Baş xəbərDünya

Fransada solçu deputatlar Konstitusiya Şurasından miqrasiya haqqında qanunun ləğvini tələb edirlər

Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) bir qrup deputatı respublikanın Konstitusiya Şurasına – ölkə Konstitusiyasının yeni qanunlarının müvafiqliyini müəyyən edən instansiyaya müraciət edərək, miqrasiya haqqında yeni qanunun ləğvini tələb edib.

Bugun.tv xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Parlamentarilərin sözlərinə görə, “sənəddə Konstitusiyaya zidd olan rekord sayda maddə mövcuddur”. Onlar Konstitusiya Şurasından qanunun tam ləğvini tələb edirlər. Deputatların fikrincə, bu maddələr “bərabərlik prinsipini pozur”.

Söhbət dörd solçu parlament qrupundan – “Fransaya tabe olmayanlar”, “Sosialist partiyası”, “yaşıllar” və kommunistlərdən gedir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu