İdman

Fransalı hücumçu “Qarabağ”da

Ağdamın “Qarabağ” futbol klubu Adama Diakabini heyətinə qatıb.

Bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri  Gündüz Abbaszadə Bugun.tv-yə  açıqlama verib. O, bildirib ki, Azərbaycan çempionu fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Futbolçu Fransanın U-21 millisinin şərəfini qoruyub. İyirmi altı yaşlı hücumçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Bugün TV

Oxşar xəbərlər

Bu gün Qış Olimpiya Oyunlarının açılış mərasimi Milan San Siroda keçiriləcək

Aynur Camal

Dünya Qlobal Snooker Grand Prix 2026 Hong Konqda başladı: ilk qarşılaşmalar

Aynur Camal

Pakistanın baş naziri Hindistana qarşı T20 Dünya Kuboku matçını boykot etməyi “uyğun qərar” adlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu