36 C
Baku
20 İyul 2025, 15:23
Dünya

Fransalı siyasətçi Jan-Mari Le Pen 96 yaşında vəfat etdi

Fransanın ifrat sağçı Milli Cəbhə Partiyasının qurucusu Jan-Mari Le Pen 96 yaşında vəfat edib. Fransa siyasətinin ən görkəmli simalarından biri və ölkədə ifrat sağçıların qurucusu kimi tanınan Jan Mari Le Pendən bəd xəbər gəlib.

Jan Mari Le Pen 96 yaşında dünyasını dəyişib.

Qurduğu Milli Ralli partiyasını qızı Marin Le Penə təhvil verən Jan Mari Le Pen 2002-ci il prezident seçkilərinin ilk turunda ikinci olmaqla böyük uğur qazansa da, ikinci turda Şiraka uduzmuşdu.

Fransanın ən tanınmış siyasətçilərindən biri və son iki prezident seçkilərində Makronla rəqabət aparan Marin Le Pen Jan Mari Le Penin qızıdır.

Jean Marie Le Pen, nasistlər tərəfindən tikilən qaz kameralarının “tarixdə sadəcə bir detal” olduğunu söylədi və bu, qızı, Milli Cəbhənin hazırkı lideri Marine Le Penin reaksiyasına səbəb oldu.

Bu hadisədən sonra Jan-Mari Le Penin partiyadan qovulması gündəmə gəlib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sudandan təxliyə edilənlərin sayı 1500-ə çatdı

Nigar Məmmədova

Terrorçu-kamikadze tərəfdən edilən partlayış nəticəsində 21 nəfər ölüb

Aynur Camal

Hökumət əleyhinə etirazlar baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu