13 C
Baku
26 Mart 2026, 15:32
Dünya

Fransalı siyasətçi: Ukraynaya ayrılan vəsaitlər terror fəaliyyətlərinə yönəlir

Fransanın “Les Patriotes” partiyasının lideri Florian Philippot Ukraynaya ayrılan maliyyə vəsaitlərinin terror fəaliyyətlərinə sərf olunduğunu iddia edib.

Siyasətçi sosial media hesabında paylaşım edərək bildirib ki, Ukraynaya ayrılan milyardlarla avro “tamamilə terror fəaliyyətlərinə yönəldilir”.

Filippot bu fikirləri Ukrayna kəşfiyyat xidmətlərinin Rusiyaya humanitar yardım adı altında partlayıcı qurğular keçirməyə cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən səsləndirib. İddialara görə, sözügedən partlayıcılar qızdırılan ayaqqabı altlıqları kimi gizlədilərək hərbi zonaya göndərilmək istənilib.

Məlumatlar hələ rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, siyasətçinin açıqlamaları Ukraynaya ayrılan maliyyə dəstəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, Ukraynaya ayrılan beynəlxalq yardımlar xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələri tərəfindən davam etdirilir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında 1900-ə yaxın gəmi ilişib qalıb

Aynur Camal

WSJ: ABŞ İranla razılaşma çərçivəsində neftə çıxış əldə etmək istəyir

Aynur Camal

Frederiksen səs itirdi, hökumətin taleyi qeyri-müəyyən qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu