5 C
Baku
30 Yanvar 2026, 3:32
Baş xəbərDünya

Fransanın aparıcı müdafiə sənayesi şirkətinin gəlirləri azaldı

Fransanın aparıcı müdafiə sənayesi şirkəti “Thales” Paris birjasında 6 faizlik dəyər itkisi ilə üzləşib.

Bugun.tv xəbər verir ki, “Thales”in səhmlərinin azalması törəmə şirkəti olan “Naval Group”a qarşı həyata keçirilmiş kiberhücum, eyni zamanda, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) arasında bağlanmış silah alışına dair siyasi razılaşma ilə əlaqələndirilir.

Qeyd edək ki, Aİ Rusiyanın yaratdığı təhlükə fonunda hərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Bu, “Thales” kimi şirkətlər üçün müsbət siqnal idi. Lakin Aİ-nin ABŞ-dan silah alacağına dair bəyanatı avropalı istehsalçıların gözləntilərinə mənfi təsir edib.

“Thales” güclü fundamental əsaslara malik olsa da, bu şirkətin qısa müddət ərzində böyük itkilərlə üzləşə biləcəyi istisna deyil.

Bugün TV

Oxşar xəbərlər

500 000-ə yaxın qanunsuz miqranta hüquqi status verəcək

Aynur Camal

ABŞ İranla gərginlik fonunda əlavə hərbi gəmi göndərdi

Aynur Camal

Liflə zəngin, amma az qiymətləndirilən meyvə açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu