14 C
Baku
21 Noyabr 2024, 19:32
Baş xəbərSiyasət

“Fransanın bugünkü Azərbaycana mövqeyi” – POLİTOLOQ ŞƏRHİ

Politoloq Kazım Kazımov Bugun.tv – yə Fransanın Azərbaycana olan siyasi mövqeyini şərh edib.

“Fransada Erməni lobbisinin açıq anti-Azərbaycan fəaliyyəti və Fransa hökümətinin lobbinin siyasi dəstəyini almaq üçün bu kampaniyaya qoşulması artıq heç kəsə sirr deyil. Fransa hər nə qədər uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri olsa da, uzun illər defakto Ermənistanın yanında oldu. Fransa höküməti və senatı 30 ilə yaxın bir müddətdə münaqişənin uzanması və işğalçı Ermənistanın Qarabağı Azərbaycandan qoparması üçün çalışdı. 30 il ATƏT-in münaqişəni həll etməməsində “əməyi” olan Fransanın planları 2020-ci il 27 Sentaybrda başlayan Vətən Müharibəsi ilə pozuldu, keçdiyimiz həftələrdə Xankəndi başda olmaqla bütün ərazilərin işğaldan azad olunması və qondarma Dağlıq Qarabağ Respublikasının özünü buraxması ilə Emanuel Makron başda olmaqla ermənipərəst Fransız siyasi elitasının Cənubi Qafqazla bağlı bütün geo-stratejik planları məhv oldu”.

K.Kazımovun sözlərinə görə, bununla da Makronun Livan, Liviya planları kimi Qarabağla bağlı bədnam siyasi planları da tairixin tozlu rəflərində öz yerini tapdı. “İndi isə Makron bu uğursuzluğunu “yumaqla” məşğuldur. Makron bir növ dəstək aldığı Fransadakı erməni lobbisi qarşısında gözükölgəli vəziyyətə düşüb. Həm 30 ildir Ermənistana sərf edən münaqişəni uzatma taktikası uğursuzluğa düçar oldu, həm də Makronun anti-Azərbaycan çağrışlarına dünyanın heç bir yerindən pozitiv qarşılıq gəlmədi”.

Politoloq deyir ki, beləcə, Makronun Azərbaycana sanksiya tətbiq etmək planı da məhv oldu. İndi isə Makron bu məğlubiyətlərindən sonra Erməni lobbisinin dəstəyini almağa davam etmək və Ermənistanda mövqelərini qorumaq üçün silah satışıyla İrəvanı məmnun etmək istəyir. Elə bu məqsədlə də, Fransa və Ermənistan xarici işlər nazirlərinin görüşündə silah satışı məsələsində razılıq əl edildi. “Hansı növ silahların satılacağıyla bağlı detallara çıqlanmasa da müdafiə silahlarının veriləcəyi vurğulandı. Açığı müasir dünyada silahların böyük əksəriyyəti həm müdafiə, həm də hücum silahıdır. Burada isə müdafiə silahı deyildikdə ağıla iki variant gəlir ya Fransa gözdən pərdə asmağa çalışır ya da Ermənistana müdafiə silahı olaraq xarakterizə edilən hava hücumundan müdafiə sistemi satacaq. Bu silahlar isə böyük ehtimal kiçik həcmli, yaxınmənzilli Roland və Krokan raket kompleksləri olacaq. Fransanın Ermənistana edəcəyi hərbi dəstəyin bölgəmizdə köklü bir dəyişikliyə səbəb olacağını gözləmək əbəs olar. Əvvəla Fransanın Ermənistana sata biləcəyi silah sistemi İrəvana böyük bir hərbi güc gətirməz. İkincisi Ermənistanın siyasi büdcəsi də Azərbaycanla hərbi sahədə yarışa biləcək gücdə deyil. Bu silah satışları, sadəcə, Makronun erməni lobbisi qarşısında bir növ üzrxahlığıdır”, – deyə K.Kazımov əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu 15 noyabr 2023, 16:21

Bugün TV

Əlixan Smailov yenidən baş nazir təyin olundu

Nigar Məmmədova

Avtomobil və motosiklet toqquşdu: 1 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu