“Miss France” müsabiqəsinin qalibi yaş məhdudiyyəti ləğv edildikdən sonra Martinikadan olan 34 yaşlı Anjelik Anqarni-Filopon olub. Anjelik ən yaşlı gözəllik kraliçası kimi tarixə düşdü.
Gözəllik qavrayışları yenidən formalaşır…
2022-ci ildə Fransada gözəllik müsabiqəsində iştirak şərtləri tənzimləndi. Bu tənzimləmə sayəsində evli qadınlar, analar və 24 yaşdan yuxarı qadınlar üçün namizədlik yolu açıldı.
Müsabiqənin taleyini dəyişməyə imkan verən bu tənzimləmə sayəsində Fransanın gözəllik yarışmasında tarixi məqam yaşanıb.
2024-cü il üçün keçirilən “Miss France” müsabiqəsinin qalibi ölkənin müstəmləkə adalarından biri kimi tanınan Martinikadan olan stüardessa olacaq.
34 yaşlı Anjelik Anqarni-Filopon bütün digər namizədləri qabaqlayaraq Gözəllik Kraliçası oldu.
Anjelik həmçinin Miss France gözəllik yarışmasını qazanan ən yaşlı iştirakçı kimi tarixə düşüb.
“QAZANACAĞIMI DÜŞÜNMÜRDÜM”
Müsabiqə 1920-ci ildən keçirilir, əvvəllər yaşı 24-dən yuxarı olan hər kəs qadın gözəlliyinin simvolu olmaq üçün çox yaşlı sayılırdı.
Qalib olacağını gözləmədiyini deyən Anjelik “Hər yarışmada öz-özümə deyirdim ki, bəli, o biri yarışmaçılar çox gözəldirlər və qələbənin uzaqda gördüm, lakin bu belə olmadı. Və mən çox sevincliyəm”.
Mənbə: EnSonHaber