19 C
Baku
8 Sentyabr 2024, 4:12
Baş xəbərDünya

Fransanın hökumət naziri “Playboy” jurnalının üz qabığında

Fransanın hökumət naziri Marlene Schiappa (Marlen Şiappa) “Playboy” jurnalının üz qabığına çıxdıqdan sonra öz partiyasının üzvlərinin tənqidinə tuş gəlib.

Hazırda Sosial İqtisadiyyat və Fransız Dərnəkləri Naziri olan Schiappa ağ paltar geyinərək üz qabığına çəkilib.

Şiappa uzun müddət qadın hüquqlarının müdafiəçisi olub və 2017-ci ildə ölkənin ilk Gender Bərabərliyi Naziri vəzifəsinə təyin edilib. Bu vəzifədə o, cinsi qısnama (küçədə qadınları çağırmaq, incitmək və ya izləmək) ilə bağlı yeni qanuna uğurla rəhbərlik edib ki, bu da kişilərə yerindəcə cərimələr tətbiq etməyə imkan verir.

Onun bu addımı Fransanın baş naziri Elisabeth Borne də daxil olmaqla siyasi həmkarlarının tənqidinə səbəb olub.

Belə ki, siyasətçisi Jean Luc Mélenchon həm Schiappanın jurnalın üz qabığına çıxmasını , həm də Fransa prezidenti Emmanuel Makronun uşaq jurnalı Pif Gadget-a bu həftə müsahibə vermək qərarını tənqid edib.

Onun sözlərinə görə, Fransa hazırda geniş ictimai etirazlara baxmayaraq, pensiya islahatları ilə bağlı addımının səbəb olduğu siyasi və sosial böhranın əsnasındadır.

“Prezidentin özünü Pif-də, nazirinin isə Playboy-da ifadə etdiyi bir ölkədə problemlər həllini tapmaz. Fransa relsdən çıxır” – Mélenchon şənbə günü tweet edib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada bəşəriyyətlə birlikdə 40 min adam öldü! Dünya hələ də izləyir

Aynur Camal

BUDO-da bütün uçuşlar ləğv edildi

Aynur Camal

Azyaşlı uşaqlar barəsində tədbirlər görüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu