Bugun.tv xəbər verir ki, EDF şirkəti buna stansiyanın enerji blokunun texniki baxışdan sonra səhv vana konfiqurasiyasının səbəb olduğunu açıqlayıb. Nəticədə ilkin soyutma dövriyyə sistemindəki su təhlükəsizlik üçün nəzərdə tutulmuş, lakin normadan daha sürətlə dolan toplama çəninə yönəlib. EDF-nin verdiyi məlumata görə, texniki heyət hadisəni aşkar etdikdən sonra araşdırma apararaq, vanaların düzgün konfiqurasiyasını bərpa edib, bu da suyun səviyyəsinin artmasını dayandırıb. Bildirilib ki, hadisənin stansiyanın təhlükəsizliyinə heç bir real təsiri olmayıb. Lakin, istismar qaydalarının tam yerinə yetirilməməsi və gecikmiş aşkarlanma səbəbindən bu hadisə barədə Fransa Nüvə Təhlükəsizliyi Təşkilatına (ASN) məlumat verilib.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
