23 C
Baku
9 İyun 2025, 22:59
Baş xəbərDünya

Fransanın küçələri qarışdı

Fransanın paytaxtı Parisdə polis solçu ittifaqın erkən seçkilərdə birinci olmasını qeyd edən ifrat sağçılar əleyhdarı nümayişçilərə bibər qazı ilə müdaxilə edib.

Fransada keçirilən növbədənkənar ümumi seçkilərin ikinci turunda exit-poll nəticələrinə görə, sol ittifaq birinci olub.

Prezident Emmanuel Makronun ittifaqı ikinci, ilk turda qalib gələn ifrat sağçılar isə üçüncü yerə düşüb. Ölkədə keçirilən növbədənkənar ümumi seçkilərin təsdiqlənməmiş nəticələrinə görə, Yeni Xalq Cəbhəsi Milli Assambleyada ən çox mandata malik ittifaq olub. Əllərində Fransa və Fələstin bayraqları və “Uzaq sağlar Parisdən Qəzzəyə keçməyəcək”, “Məhəllələrimizdə faşistlərə yer yoxdur” və “İnqilab” şüarları daşıyan nümayişçilər ifrat sağçı Milli Birlik əleyhinə şüarlar səsləndiriblər.

Əvvəlcə nümayişdə bayram ab-havası keçsə də, sonrakı saatlarda polislə fəallar arasında gərginlik artıb. Hadisə yerinə gələn yanğınsöndürənlər küçənin ortasında yanan velosipedləri söndürüb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanın Türkiyədəki səfirliyi zəlzələdə zərər çəkmiş azərbaycanlılara müraciət etdi

Nigar Məmmədova

İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edib

Aynur Camal

“İslam həyatını seçdi” iddiaları sosial medianı silkələdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu