22 C
Baku
9 Sentyabr 2025, 3:04
Digər

Fransanın kəşfiyyat orqanları gözlənilən etiraz aksiyaları ilə bağlı xəbərdarlıq yayıb

Bugun.tv xəbər verir ki, Paris polis prefekturasının kəşfiyyat idarəsi və ərazi kəşfiyyat xidməti tərəfindən hazırlanan bu sənəddə sentyabrın 1-də artıq sosial şəbəkələrdə və şifrələnmiş qruplarda ciddi fəallığın müşahidə olunduğu qeyd edilib. Bildirilib ki, bu fəallıq artıq real fəaliyyətlərə çevrilməkdədir. Müxtəlif bölgələrdə hazırlıq toplantıları olub və sentyabrın 10-da keçiriləcək aksiyanın “Sarı jiletlilər” hərəkatının davamı kimi daha geniş yayılması ehtimalı yüksəkdir. Kəşfiyyat orqanlarının məlumatına əsasən, təxminən 100 min insanın ölkə üzrə aksiyalara qatılması ehtimal edilir. Onların arasında solçu siyasi fəallar, sosial birliklər, həmkarlar ittifaqları və fələstinpərəst humanitar qruplar yer alır. Planlaşdırılan fəaliyyətlər arasında nəqliyyat və sənaye mərkəzlərinin bloklanması, hökumət binalarının qarşısında mitinqlər, strateji infrastruktura qarşı sabotaj aktları ola bilər. Aksiyaçıların əsas hədəfinin isə iqtisadi strukturların olacağı diqqətə çatdırılıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Nigar Məmmədova

“Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta” – Pərvanə İbrahimova yazır…

Nigar Məmmədova

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu