20 C
Baku
16 İyun 2025, 22:02
Dünya

Fransanın xarici işlər naziri Suriyanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Bəşər Əsəd rejiminin süqut etdiyi Suriyanın ərazi bütövlüyünə hörmət edilməsini tələb edib.

Fransa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Jan-Noel Barrot Suriya Danışıqlar Komitəsi və onun sədri Bedir Kamyu və Suriyanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Suriyada illərdir hökm sürən “cəzasızlıq” sisteminə qarşı qanun və ədalət çərçivəsində mübarizə aparmağın zəruri olduğunu bildirən Barrot, Suriya nümayəndələrinin “azad, demokratik və plüralist” bir nizam yaratmaq səylərini yüksək qiymətləndirdiyini bildirib.

Bundan əlavə, Barrot Suriyadakı və xaricdəki bütün suriyalıları dinc siyasi keçidə töhfə verməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2254 saylı qətnaməsinə uyğun olaraq dinc və təmsilçi siyasi keçidin təmin edilməsi lazım olduğunu bildirən Barrot, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi çağırışı edib.

Suriyada baş verən hadisələr

Noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib.

Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük təşkil ediblər.

Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut etdi.

Baas Partiyasının 61 illik hakimiyyətinin sona çatması ilə rejim lideri Əsəd paytaxtdan qaçıb.

Digər tərəfdən Suriya Milli Ordusu dekabr ayında başlatdığı “Azadlıq şəfəqi” əməliyyatının ilk günündə Tel Rıfat rayon mərkəzini terror təşkilatı PKK/YPG-dən azad edib.

Əməliyyatda Mənbic rayonunun azad edilməsi ilə Fərat çayının qərbində ən böyük terror yuvasına çevrilən bölgə PKK/YPG-dən təmizlənib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Həbsxanasında saxlanılan Həmas lideri vəfat etdi

Şükufə Ramizqızı

Fransada narıncı xəbərdarlıq

Aynur Camal

Mövsümün ilk qarı yağdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu