17 C
Baku
10 İyun 2025, 6:02
Dünya

Fransız ailələr uşaqlarına TikTok-u məhkəməyə veriblər

Fransada 7 ailə övladlarını zərərli məzmuna məruz qoymaqda ittiham edərək Çin sosial media platforması TikTok-u məhkəməyə verib. Milli mətbuatda yer alan xəbərlərə görə, Fransız ailələri TikTok-a qarşı iddia qaldıraraq, dünya səviyyəsində təxminən 1,6 milyard istifadəçisi olan platformanın alqoritminin uşaqların özlərinə zərər verə biləcəyi, intihara və qidalanma pozğunluğuna səbəb ola biləcək məzmunlar təqdim etdiyini bildirib.

İddiaçılar arasında qızları intihar edən iki ailə, həmçinin uşaqlarının TikTok məzmununa məruz qaldıqdan sonra intihara cəhd etdiyini iddia edən dörd ailə var. Sosial media platformasından şikayətçi olan başqa bir ailə isə müraciətə görə uşağın qidalanma pozğunluğu olduğunu iddia edir.

Təhlükəli məzmunu ilə uşaq və gənclər üçün təhlükə yaratdığı səbəbilə ABŞ və Avropanın müxtəlif yerlərində platformaya qarşı iddia qaldırılıb.

2016-cı ilin sentyabrında istifadəyə verilən qısa video paylaşma proqramı olan TikTok, Çin ana şirkəti ByteDance-ın çətiri altında fəaliyyət göstərir.

TikTok-un bu gün dünyada təxminən 1,6 milyard istifadəçisi var.

İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan da daxil olmaqla bəzi ölkələr müxtəlif səbəblərdən TikTok-u qadağan etdiyi halda, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr tətbiqin ictimai kompüter və cihazlarda istifadəsini qadağan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ötən il 2,8 milyon insan ümumiyyətlə internetdən istifadə etmədi

Aynur Camal

F-35 döyüş təyyarələri qırmızı siqnal verir: 8 il ərzində 10-dan çox qəza baş verib

Aynur Camal

Avropa Birliyi ICJ vasitəsilə İsraili hədəf aldı: Biz risk altındayıq!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu