8 C
Baku
8 Fevral 2026, 16:13
Baş xəbərDünya

Fransız işçiləri ümumi tətil edir

Xarici KİV-nin verdiyi məlumata əsasən, Fransada limanlar, zavodlar, yanacaqdoldurma məntəqələri, məktəblər işilərini dayandırıblar. Ölkə yenidən ümumi tətil və kütləvi etirazlarla üz-üzədir.

Etirazlar Pensiya islahatının Milli Məclis tərəfindən səsvermədən keçməsi səbəbindən baş verib. Pensiya yaşını 62-dən 64-ə qaldıran islahatlara reaksiya getdikcə artmaqdadır.

Paytaxtda bir çox metro və avtobus xidmətləri ləğv edilib. Marseldə nümayişçilər Saint-Charles qatar stansiyasını zəbt edərək dəmir yolu nəqliyyatını dayandırıblar. Lill, Lion və Tuluzada nümayişçilər dairəvi yolları, eləcə də paytaxtdakı hava limanına girişi də bağlayıblar.

Ölkənin elektrik infrastrukturuna cavabdeh olan “Enedis”in əməkdaşları elektrik axınını kəsiblər. Qeyd edilib ki,  bir çox yaşayış məntəqələrində işıq yoxdur.

Rəy sorğuları isə prezident Makrona dəstəyin sürətlə azaldığını göstərib.

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu