6 C
Baku
22 Fevral 2026, 22:07
Digər

Fransızların böyük əksəriyyəti parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini istəyir

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu “Ifop”, “Elabe” və “Toluna Harris Interactive” şirkətlərinin keçirdiyi sorğuların nəticələri sübut edir. Sorğulara əsasən, respondentlərin 56%-dən 69%-dək hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir. “Elabe” şirkətinin “BFM” telekanalı üçün keçirdiyi sorğu göstərib ki, respondentlərin 67%-i Baş nazir Fransua Bayrunun etimadsızlıq səsverməsini uduzacağı halda Emmanuel Makronun istefa verməsini istəyərdi. “Ifop”un “LCI” telekanalı üçün apardığı sorğu da oxşar nəticəni ortaya qoyub. Baş nazir Fransua Bayrunun bazar ertəsi verdiyi gözlənilməz bəyanatı, yəni, sentyabrın 8-də 2026-cı il dövlət büdcəsi planları üzrə etimad səsverməsi keçirilməsini xahiş edəcəyini bildirməsi Fransanı yenidən böhrana sürükləyib, bu isə qiymətli kağızlar bazarında səhmlərin və istiqrazların kəskin satışına səbəb oldu

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu