7 C
Baku
21 Dekabr 2025, 4:21
Baş xəbərDünya

Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları aşan ilk qadındır

“L’Oreal” kompaniyası banisinin yeganə nəvəsi Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları aşan ilk qadın olub. Bugun.tv bu barədə “Bloomberg” agentliyinə istinadla xəbər verir.

Milyarder qadının ümumi sərvəti 100,2 milyard dollardır. Onun miras aldığı “L’Oreal” kompaniyasının səhmləri dekabrın 28-də rekord səviyyədə bahalaşıb.

Fransuaza Betankur-Mayers 1997-ci ildən “L’Oreal” kompaniyası İdarə Heyətinin üzvüdür və iki oğlu ilə birlikdə səhmlərin 33 faizinə malikdir. O, “Forbes” jurnalının reytinq cədvəlində dörd il ard-arda dünyanın ən varlı qadınlarının siyahısına başçılıq edib. Onun anası – Lilian Betankur da 14 il ərzində bu reytinq cədvəlində yer alıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

7200-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərildi

Aynur Camal

Azərbaycanın keçirdiyi möhtəşəm hərbi parad Rusiyanı ciddi narahat edib

Aynur Camal

İsrail Qəzzada Əl-Əhali xəstəxanasını bombaladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu