3 C
Baku
14 Dekabr 2025, 17:07
Baş xəbərDigər

Fudbolçu barəsində yalan məlumat yayıldı

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Bugun.tv – yə bildirdi ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” – “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.

Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Daha sonra çanta sahibinə qaytarılıb. E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

5,5 milyon ukraynalı geri qayıtdı

Aynur Camal

Maskla Zukerberq X platformasında canlı yayıma çıxacaqlar

Bugün TV

Vitamin çatışmazlığını necə müəyyən edək?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu