21 C
Baku
11 İyun 2025, 3:13
Dünya

Futbol matçında münaqişə: hakimə əsəbiləşərək meydançaya basqın etdilər

N’zérékoré şəhərində futbol matçı zamanı hakimə əsəbiləşən və meydançaya basqın edən azarkeşlər arasında münaqişə yaranıb. Silahlı hücumda onlarla insanın öldüyü bildirilirdi. Qvineyada keçirilən futbol matçı qanlı hücumların hədəfi olub.

N’zérékoré şəhərində keçirilən futbol matçı zamanı hakimin qərarlarını düzgün görməyən azarkeşlər meydana eniblər.

Böyük izdihamın yaşandığı davada rəqib komandanın azarkeşlərinin meydandan çıxması ilə hadisələr daha da mürəkkəbləşib.

ONLARLA İNSAN ÖLDÜRÜLDÜ

Azarkeşlər arasında tüfənglə qarşıdurma yaranıb. Münaqişənin ortasında yaxalanan onlarla insan güllə hədəfi olaraq həlak olub.

Baş nazir Mamadou Oury Bah bazar günü tədbirdə baş verən izdiham nəticəsində çox sayda insanın həyatını itirdiyini bildirib və sakitliyə çağırıb.

Şəxsiyyəti açıqlanmayan həkim AFP xəbər agentliyinə bildirib ki, yerli xəstəxanada çoxlu cəsəd saxlanılıb və meyitxana doludur.

“HƏR ŞEY HAKİMİN MÜBAHİSƏ QƏRARİ İLƏ BAŞLADI”

Yerli media xəbər verir ki, qonaq komanda Labenin azarkeşləri hakimə qəzəbləndikdən və meydançaya daş atdıqdan sonra polis gözyaşardıcı qazdan istifadə edib.

Hadisə şahidi “Hər şey hakimin mübahisəli qərarı ilə başladı. Sonra azarkeşlər meydana daxil oldular” dedi.

Hələlik ölənlərin sayı barədə rəsmi məlumat verilməyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Danimarka Bağdad səfirliyini bağlayır

Sevinc Sadıqova

Sosial media şirkətlərinə xəbərdarlıq edildi

Nigar Məmmədova

NATO-nun yeni baş katibi Mark Rutte kimdir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu