19 C
Baku
8 Sentyabr 2024, 3:53
İdman

Futbolçu onu qadın azarkeşdən qorumaq üçün mühafizəçi tutur

Bugun.tv xəbər verir ki, İngiltərə millisinin futbolçusu Trent Alexander-Arnold özünə mühafizəçi tutub. Bu barədə The Sun xəbər verib.

Məlum olur ki, idmançı son bir ildə naməlum qızın təqibindən əziyyət çəkir. O, ingilisin evinə, qırmızıların bazasına, həmçinin oyunçunun ziyarət etdiyi yerlərə gəlib. Azarkeş Alexander-Arnold ilə yatmağa can atıb.

Futbolçu azarkeşdən təkbaşına xilas olmağa çalışıb. Evinə videomüşahidə sistemi quraşdırıb. Telefon nömrəsini və elektron poçtunu dəyişib. Lakin qız onu izləməkdə davam edib.

Alexander-Arnold bu mövsüm İngiltərə Premyer Liqasında (APL) 21 oyun keçirib. O, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

“Beşiktaş”la razılaşan Jan Onana İstanbula gəlir

Bugün TV

Futbol üzrə Avropa çempionatının rəqibləri bəlli oldu

Teymur Əziz

LeBron James NBA tarixində 40.000 xal toplayan ilk oyunçudur

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu