Bugun.tv xəbər verir ki, Belçikada futbolun başına ilk dəfə bir qadın keçib.
Belə ki, 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatından sonra təlatümlü dövr yaşayan Belçika Futbol Federasiyasında ilk dəfə olaraq qadın prezident postuna təyin edilib.
Federasiyanın keçmiş prezidenti Pol Van den Bulkun istefasından sonra federasiyanın direktorlar şurası Paskal Van Dammı prezident təyin edib.
Federasiyanın yaydığı bəyanatda, “Paskaly Van Damm prezident kimi öz vəzifələrini konstruktiv, dürüst və işbirlikçi şəkildə yerinə yetirmək istəyir” deyilib.
Van Damm isə federasiya rəhbərliyinin onunla yeni səhifə açmaq qərarından məmnun olduğunu bildirib.
Pascale Van Damme əvvəllər Beynəlxalq Texnologiya sənayesində administrator vəzifəsində çalışıb.
Mənbə: TrtHaber