10 C
Baku
12 Dekabr 2024, 16:50
Baş xəbərİqtisadiyyat

Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq.

Bugun.tv xəbər verir ki, bu barədə MM-in deputatı Vüqar Bayramov sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

“Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı az və ortamərtəbəli çoxmənzilli binalar da inşa etməklə yanaşı həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.

Qarabağ bərpa olunur və yenidən qurulur. Artıq 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə öz dogma yurdlarına qayıdırlar. Bu dəfə daimi”- deyə O paylaşımında qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

İraqda qrunt suları iqlim dəyişikliyi səbəbindən azalır

Bugün TV

Ağsuda narkokuryerlik edən qohumlar tutuldu

Kəmalə Sultan

“Əzab ongünlüyü”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu