21 C
Baku
15 Mart 2025, 13:12
Baş xəbərDünya

Fəallar BBC binasını “Qəzza üçün” qırmızı rəngə boyadılar

Londonda Fələstin tərəfdarı fəallar BBC-nin Qəzza ilə bağlı xəbərlərində İsrail tərəfdarı mövqe nümayiş etdirdiyi üçün binanı qırmızıya boyayıb və pəncərələri sındırıblar. İngiltərənin paytaxtı Londonda dünyaca məşhur media qurumu BBC-yə qarşı diqqətçəkən etiraz aksiyası keçirilib.

“Fələstin Fəaliyyəti” adlı qrup fəalları, Fələstin xalqı və Qəzza ilə bağlı xəbərlərində İsrailyönlü mövqe tutduğu və müharibə cinayətlərini ört-basdır etdiyi səbəbilə İngiltərənin BBC telekanalına etiraz ediblər.

Fəallar Fələstində həyatını itirənlərin qanını təmsil edən BBC-nin Portland Pleysdəki binasının çölünə qırmızı boya atıb, həmçinin binanın şüşələrini sındırıblar.

Qrup yazılı açıqlamasında BBC-nin Qəzzadakı hadisələri əslində olduğundan fərqli əks etdirdiyini və İsrailin hərbi cinayətlərini yüngül şəkildə xəbər verdiyini bildirib.

 Bəyanatda qiymətləndirmələri yer alan qrupun sözçüsü, “BBC-nin qərəzli xəbərləri jurnalist səhvi deyil, həyatlara təsir edən bir məsələdir. İsrailin hərbi cinayətlərini ağartan BBC Qəzzada törədilən soyqırımın ortağıdır” deyib.

London Metropoliten Polisi də hadisə ilə bağlı açıqlama verərək, dünən səhər yerli vaxtla saat 02.50-də BBC-nin Portland Pleysdəki binası ilə bağlı “əmlak ziyanı” xəbəri aldığını bildirib.

BBC SESSİZ QALMAĞI SEÇİR

Açıqlamada binanın çöl hissəsinə qırmızı boya səpildiyi və pəncərələrinin sındırıldığı, hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Britaniyanın BBC telekanalı hadisə ilə bağlı şərh verməyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında qar sürprizi! Birdən ağ oldu

Aynur Camal

Manş boğazında qayıq batdı! 4 qeyri-qanuni mühacir həlak olub

Kəmalə Sultan

“Bu gün əsas diqqət Qarabağa deyil, Sünik bölgəsinə yönəlib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu