17 C
Baku
10 İyun 2025, 8:59
DünyaHadisə

Fələstinlilər “Ayrılıq Divarı”na dırmaşdılar

Bugun.tv xəbər verir ki, hadisə İsraildə yaşanıb. Bəzi fələstinlilər Məscidül-Əqsaya çatmaq üçün “Ayrılıq Divarı”na dırmaşıb keçməli olublar. Buna səbəb İsrailin bəzi şəxslərin məscidə daxil olmasına qadağa qoymasıdır.

Ramazan ayının son 10 günündə xaricdən gələn fələstinlilər və müsəlmanlar etikaf ibadətləri üçün Məscidül-Əqsanın həyətində onlarla çadır qurublar. Yüzlərlə müsəlman isə vaxtlarını Qurani-Kərim tilavəti və ibadətlə keçirib.

Fələstinlilər bunun Məscidül-Əqsada etikaf etmək üçün imtiyazlı yer olduğunu vurğulayırlar. Ancaq hər istəyən fələstinli məscidə gedə bilmir.

Qeyd edək ki, İsrail Ramazan ayında İordan çayının qərb sahilindən Qüdsə gəlmək istəyən 40 yaşdan aşağı fələstinlilərə icazə vermir.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Polşadan olan uşaqlara Rusiya işğalına qarşı silah təlimi

Aynur Camal

“O, bizi məyus etdi və kədərləndirdi”

Aynur Camal

Kilsədə ruhları axtaran qadın ölü tapıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu