Baş xəbərKriminal

Fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  məlumata verilib

Buldirilib ki, ilkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurublar.

Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb olunub. Qanunsuz yolla əldə olunan “qənimətlərin” bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsi Türk dünyasının inteqrasiyasında tarixi addımdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu