Haradasa çıxış üçün qeyidlər yazmısınız, nitq etməlisiniz, ancaq qeydlərinizə baxmaq üçün nə kompüter, nə telefon nə də hər hansı bir monitor lazım gələcək. Kontakt linzaların köməyi ilə hansı tərəfə baxırsınızsa, sözlər gözünüzün önündə olacaq. Bu, ağıllı kontakt linzaları istehsalçılarının gələcəkdə əlçatan olacağını vəd etdiyi bir çox xüsusiyyətlərdən yalnız biridir. Ağıllı kontakt linzaları inkişaf etdirən Mojo-dan Stiv Sinkler deyir ki, “Təsəvvür edin… siz sözləriniz və ya akkordlarınız gözünüzün önündə olan bir musiqiçisiniz. Yaxud siz idmançısınız və biometrik göstəriciləriniz, məsafəniz və sizə lazım olan digər məlumatlarınız artıq gözünüzün önündədir”.

Onun şirkəti insanlar üzərində ağıllı kontakt linzalarının hərtərəfli sınaqlarına başlamaq üzrədir. Məhsulun skleral lensi (gözün ağ hissələrinə qədər uzanan daha böyük lens) istifadəçinin görmə qabiliyyətini korreksiya edir, eyni zamanda kiçik bir microLED displey, ağıllı sensorlar və bərk vəziyyətdə olan batareyaları özündə birləşdirir. Cənab Sinclair bildirib ki: “ Biz əslində işləyə bilən və geyilə bilən xüsusiyyətlərə malik tam prototip dediyimiz şeyi yaratdıq – tezliklə bunu daxili olaraq sınaqdan keçirəcəyik”

Bununla yanaşı, sağlamlıq məlumatlarını toplamaq üçün digər ağıllı linzalar hazırlanır. İşıq səviyyələri, xərçənglə əlaqəli molekullar və ya göz yaşlarında qlükoza miqdarı kimi müəyyən biomarkerləri izləməklə, göz xəstəliklərindən tutmuş şəkərli diabetə və ya hətta xərçəngə qədər tibbi şərtləri diaqnoz və müalicə edə bilən linzaların yaradılması üçün araşdırmalar davam edir. Lakin hər növ kontakt linza düzgün qulluq edilmədikdə və ya düzgün quraşdırılmadıqda göz sağlamlığı üçün təhlükə yarada bilər. Ekspertlərin sözlərinə görə: “Hər hansı digər tibbi cihaz kimi, biz də əmin olmalıyıq ki, xəstələrin sağlamlığı prioritetdir və istifadə olunan hər hansı cihazın faydaları riskdən üstündür və bu təhlükələrin aradan qaldırılması üçün işlər davam etdirilir “. Hələ ki bəhsi gedən linzalar Mojo da sınaqdan keçirilir.

“ Linzalardan gözlənti budur ki, istifadəçi ondan gün boyu deyil qısa zamanlarda yararlansın. Çünki batareyanın faktiki ömrü, bugünkü smartfon və ya ağıllı saatınız kimi, onun necə və nə qədər tez-tez istifadə olunduğundan asılı olacaq. Bütün göz geyimlərimizin sonunda ağıllı olacağı qaçılmazdır.”- deyə Şirkət sözçüsü izah edib.