35 C
Baku
20 İyul 2025, 11:23
Baş xəbərHadisə

Gəncə sakini yol polislərindən şikayət etdi

Bugun.tv-yə Gənşə şəhər sakini Nurlan Muxtarovdan şikayət daxil olub.

Onun sözlərinə görə, şəhərin bayraq meydanı ərazisində avtomobilini tam hərəkətsiz vəziyyətdə saxlayan zaman yol patrul xidməti inspektoru ona yaxınlaşaraq avtomobilinin arxasının aşağı olduğunu bildirib.

“Mən də özümü təqdim edərək dedim ki, maşınımda 90 kq yük var. Ev üçün tikinti materialı aparıram. Yük yerini ona təqdim etdim. Dedi ki, yükü boşalt. Biz avtomobilin yayını çəkib, rəisimizə göndərməliyik. Rəisimiz baxdıqdan sonra əgər konstruksiya dəyişikliyi yoxdursa, onda sizin avtomobiliniz buraxılacaq. Mən də dedim ki, qanunda elə bir şey yoxdur. Yol hərəkəti qaydaları kitabı yanımda idi. Mən onlara yüklərin daşınma qaydasını onlara göstərdim. Bildirdim ki, idarə etdiyim nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi yoxdur. Texniki nasazlıq səbəbindən avtomobil dayandırılıb və birazdan hərəkətə davam edəcəm. Əks təqdirdə mən yükümü  aparıb yaşadığım ünvana boşaldacağam. Siz də şəklini çəkin. Əgər konstruksiya dəyişikliyi varsa, cərimə meydançasına yerləşdirilsin. Bunlar isə mənə birbaşa tabesizlik yazdı. Mənə şər atdılar. Halbuki, post patrul xidməti əməkdaşı məni çağırıb. Mən də nə müqavimət, nə də tabesizlik göstərmişəm”.

N.Muxtarovun sözlərinə görə, bundan sonar Gəncə 4 saylı polis bölməsinə gediblər. Yazılan raportda avtomobil sahibinin tabesizlik etdiyi göstərilib.

“Amma elə bir şey olmayıb. Avtomobilimi də cərimə meydançasına evakuator ilə aparıblar. Sonra mənim işimi Kəpəz rayonu Polis Bölməsinə veriblər. Ora getmişik. Orada təhlükəsizlik kameralarına baxıldı. Məlum oldu ki, mən tabesizlik və ya müqavimət göstərməmişəm. Avtomobilimdə də konstruksiya dəyişikliyi yoxdur. Sadəcə, vətəndaşların içində polis əməkdaşlarına qanun kitabını göstərdiyim üçün onlar mənimlə ədavət aparıb, avtomobilimi duracağa yerləşdirilib”.

Təhlükəsizlik kameralarında Nurlan Muxtarovun günahsız olduğu aydınlaşdıqdan sonra onu sərbəst buraxıblar. Avtomobilini cərimə ödəmədən meydançadan götürə biləcəyini deyiblər. Lakin şikayətçi qanunda göstərilən hüquqlarının tapdandığını, 6-7 saat vaxtının alındığını deyir. Onun narahatlığına səbəb olan polis əməkdaşları – Faiq Məmmədov və digərlərinin cəzalandırılmasını istəyir.

Şikayətlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratdıq. Əməkdaş Eşqin Qasımov məsələni araşdırdıqdan sonra məlumat verəcəyini bildirib.

Mövzuya yenidən qayıdacağıq.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Didim sahillərində 41 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Türkiyənin 41 şirkəti Bakıda sualtı qayıq, mini-PUA sistemləri sərgiləyəcək

Aynur Camal

Həkimlər infarkt keçirən xəstənin evini yandırdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu